“Autizmə oğlanlarda qızlardan 4 dəfə daha çox rast gəlinir” - Mərkəzin psixoloqu - FOTO

Hazırda oxunan: “Autizmə oğlanlarda qızlardan 4 dəfə daha çox rast gəlinir” - Mərkəzin psixoloqu - FOTO

190862

“Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzində media nümayəndələri üçün autizm haqqında maarifləndirmə seminarı və mediatur təşkil edilib. Mediaturda Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov da iştirak edib.

Bizim.Media xəbər verir ki, mayın 7-də keçirilən mediatur zamanı jurnalistlər Autizm Mərkəzindəki şəraitlə tanış olublar, autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramının izləyiblər.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova jurnalistləri mərkəzlə tanışıb edib, autizmli uşaqlar barədə və onların təlim prosesi barədə məlumatlandırıb.

Autizm Mərkəzinin psixoloq və supervayzeri Aynur Qəribova bildirib ki, Autizm beynin funksionallığı ilə əlaqəli olan inkişaf pozuntusudur:

“Autizm xəstəlik deyil, fərqlilikdir. Autizmli uşaqlarda öyrənməkdə çətinlik müşayət olunur. Lakin bu, bütün autizmli uşaqlarda olmur. Autizm spektri ömürlükdür. Əgər autizmli uşaq çox erkən yaşda intensiv təlim almağa başlayarsa, 6 yaşına qədər bu spektrdən çıxması mümkündür. İntensiv təlim dedikdə, həftədə 40 saatlıq proses nəzərdə tutulur”. 

Psixoloq qeyd edib ki, valideyn övladında emosianal zəifliyi, göz kontaktının qurulmaması kimi halları müşayət edərsə, mütləq psixoloqa müraciət etməlidir:

“Əgər ailənin bir üzvündə psixoloji pozuntu və xəstəlik varsa, gələcək nəsildə autizmin ortaya çıxması mümkündür.  Autizmə oğlanlarda qızlardan 4 dəfə daha çox rast gəlinir. Bütün autizmli uşaqlarda riyazi, musiqi və bədii bacarıqları yaxşı inkişaf edir, deyə fikirlər var. Lakin bu, səhvdir. Hər uşağın bir sahədə potensialı olur. Autizmli uşaqlarda da belədir. Valideyn və mütəxəssis həmin uşaqda hansı sahəyə potensial varsa, onu üzə çıxarmasına dəstək göstərə bilər”. 

Qeyd edək ki, mediatur zamanı “İnklüzivlik ayı” layihəsi çərçivəsində autizmli gənclər tərəfindən tullantıların təkrar istifadəsi nəticəsində hazırlanan işlərin nümayişi təşkil edilib. Media nümayəndələri autizm sindromlu gənclərlə birlikdə rəmzi ağacı rəngləyiblər.










































Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin