Çin Xalq Respublikasının sədri Sin Cinpinin Fransaya səfəri çərçivəsində baş tutan rəsmi qarşılanma mərasimi maraqlı anlarla yadda qalıb.
Bizim.Media xəbər verir ki, Çin lideri və xanımı Fransa Prezidenti Emmanuel Makronla məsafəli davranıblar.
Belə ki, əvvəlcə Sin Cinpin Makronun qucaqlaşmaq istəyinə mane olub və sadəcə onun əlini sıxmaqla kifayətlənib. Daha sonra Makron Çin rəhbərinin xanımının əlini öpmək istəyib. Bu zaman isə Çinin birinci xanımı qolunu aşağı salmaqla Makrona mane olub.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media