Ərdoğan HƏMAS lideri ilə Qəzzada münaqişəyə son qoymaq səylərini MÜZAKİRƏ EDİB

Hazırda oxunan: Ərdoğan HƏMAS lideri ilə Qəzzada münaqişəyə son qoymaq səylərini MÜZAKİRƏ EDİB

190786

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyə arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğanın rəsmi “X” hesabında məlumat verilib.

“Nazirlər Kabinetinin iclasından əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığımız olub. Danışıqlar zamanı biz Qəzzada münaqişə və zorakılığa son qoymaq səylərini müzakirə etdik. Vasitəçilərdən alınan atəşkəs təklifini Həmas-ın bəyənməsini qiymətləndirdik. Danışıqlar zamanı HƏMAS-ın Türkiyənin təkliflərini nəzərə alaraq qəbul etdiyi qərarı müsbət qarşıladığımız bildirdim və İsrailin də daimi atəşkəs üçün addımlar atmalı olduğunu vurğuladım”, - deyə Türkiyə lideri qeyd edib.
 

 


Bizm.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin