İsrail Nazirlər Kabineti yekdilliklə girovların azad edilməsi üçün Həmas-a təzyiq göstərmək üçün Rəfahda əməliyyatı davam etdirmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Netanyahunun ofisi məlumat yayıb.
Bildirilib ki, bu dəqiqələrdə İsrail ordusu Rəfahın şərqində HƏMAS hədəflərinə hədəfli zərbələr endirir.
Qeyd edək ki, daha əvvəl İsrail ordusu Qəzza zolağında dinc sakinlər üçün yeni təhlükə zonaları elan edərək, şərqdəki Rəfah şəhərinin sakinlərini təxliyə etməyə çağırıb.
Bizim.Media