HƏMAS Qəzzada atəşkəslə bağlı təklifi QƏBUL ETDİ

Hazırda oxunan: HƏMAS Qəzzada atəşkəslə bağlı təklifi QƏBUL ETDİ

190768

HƏMAS lideri İsmayıl Haniyə Qətər və Misir rəsmilərinə Qəzzada atəşkəs razılaşması ilə bağlı təklifin razılaşdırıldığını açıqladı.

Bizim.Media xəbər verir ki, bu barədə HƏMAS hərəkatının rəsmi “Telegram” kanalında qeyd edilib.

“HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misirin Kəşfiyyat naziri Abbas Kamelə zəng edərək, hərəkatın atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl adı açıqlanmayan HƏMAS rəsmisi İsraillə danışıqların dayandırıldığını elan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin