Keçmiş Baş nazir Novruz Məmmədovun kürəkəni, xanəndə Pərviz Qasımov Barselonada keçirilən bodibildinq üzrə yarışda Avropa çempionu olub.
Bizim.Media xəbər verir ki, sənətçi yarışmanın səhnəsinə çıxmazdan əvvəl digər idmançıların ətrafında yarıçılpaq halda “Yurdum, yuvam, məskənimsən, Azərbaycanım” mahnısını ifa edib.
Həmin anlar isə ölkədə “Çaqayev” ləqəbi ilə məşhurlaşan idmançı Emin Babayev tərəfindən lentə alınaraq sosial şəbəkə hesabında paylaşılıb.
İzləyicilərin əksəriyyəti P.Qasımovun yarıçılpaq halda Azərbaycanla bağlı mahnını oxumasını birmənalı qarşılamayıblar.
Onlar “Barı, Azərbaycan mahnısını belə halda oxumazdın”, “Heç olmasa, gərək əyninə şalvar geyinib sonra Azərbaycanla bağlı mahnı oxuyardın”, “Bu, Azərbaycana qarşı hörmətsizlikdir”, “Alt paltarda Azərbaycan mahnısını oxuyan görməmişdim” kimi mənfi rəylər yazıblar.
Sözügedən görüntüləri təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media