Almaniyada tibb bacısı peyvəndə gələnləri aldatdı – Onlara başqa məhlul vurdu

Hazırda oxunan: Almaniyada tibb bacısı peyvəndə gələnləri aldatdı – Onlara başqa məhlul vurdu

19066

Almaniyada peyvənd mərkəzinin əməkdaşlarından biri altı xəstəyə Pfizer şirkətləri tərəfindən istehsal olunan peyvənd əvəzinə təsirsiz qarışım vurub. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS Aşağı Saksoniya Səhiyyə Məsələləri İdarəsinə istinadən məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Çin yeni peyvənd yaradır - Bu dünyanı koronavirusdan qoruyacaq


İlkin məlumatlara görə, Alman Qırmızı Xaç Cəmiyyətinin əməkdaşı tibb bacısı təsadüfən peyvənd ampulasını düşürüb sındırıb və bunu gizlətmək üçün şprislərə başqa məhlul töküb. 

Tibb bacısı bu barədə özü həmkarına danışır, o isə dərhal rəhbərlərinə məlumat verib.

Yerli hakimiyyət peyvənd edilmiş altı nəfərin sağlamlığına təhlükə olmadığını qeyd edib. Araşdırmayla isə polis məşğul olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin