EHTİYYATLI OLUN: - COVID-19 şiddətini artırır

Hazırda oxunan: EHTİYYATLI OLUN: - COVID-19 şiddətini artırır

1906

Son həftələr bütün dünyada COVID-19 infeksiyasına yoluxma halları sürətlə artdı.

Mütəxəssislər buna karantin qaydalarının yumşaldılması ilə yanaşı havaların soyumasını səbəb göstəririlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında da bildirilir ki, COVID-19 infeksiyası soyuq havada daha tez yayılır.

“Koronavirusa yoluxmuş xəstələrin vəziyyəti yay ayları ilə müqayisədə daha ağır fəsadlarla müşahidə olunur.” 

İnfeksionist Nazxanım Qasımova Bizim.Media-ya açıqlamasında belə deyib.

Həkim qeyd edib ki,” xəstəlik yay aylarında daha yüngül gedişatlı idi. İltihab faktorlarına görə xəstələrin vəziyyəti indi yaydakından daha ağır keçir. Sağalma müddəti də uzun vaxt aparır.”

“Məlumdur ki, mövsümün dəyişməsi ilə əlaqədar insanların immun sistemi zəifləyir. Həmçinin soyuq fəsillərin də özünəməxsus soyuqlama, qrip kimi xəstəlikləri vardır ki, bunlar da koronavirus epidemiyasını daha da şiddətləndirir.”

Təranə Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin