Bu gün yerli vaxtla səhər saat 08.00-da Albaniyada parlament seçkilərinə səsvermə keçirilib.
Artıq yerli vaxtla 18.00-dan etibarən səsvermə başa çatıb və məntəqələr bülletenlərin sayılması üçün bağlanıb.
Bizim.Media bu barədə Albaniya mətbuatına istinadın xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Portuqaliya prezidentini seçir
Albaniya Mərkəzi Seçki Komissiyasının məlumatına görə seçici fəallığı 45% təşkil edib. Seçkilər zamanı nəticələrə təsir edəcək ciddi hadisələr baş verməyib.
Bununla yanaşı, Alban mediası bülletenlərin fotoşəkilləri və təşviqat cəhdləri, həmçinin ərazilərdə şifahi münaqişələr barədə məlumat verib.
Xatırladaq ki, parlamentdəki yerlərə 46 partiya və üç koalisiya iddialıdır. İlkin nəticələr sabah açıqlanacaq.
Bizim.Media