Türkiyəli diplomat İslam Əməkdaşlıq Təşkilatında yüksək vəzifəyə təyin edildi

Hazırda oxunan: Türkiyəli diplomat İslam Əməkdaşlıq Təşkilatında yüksək vəzifəyə təyin edildi

190579

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Xarici siyasət idarəsi xatırladıb ki, “beynəlxalq ictimaiyyət antiislamla mübarizə məsələsində vahid mövqedən çıxış etməli və qətiyyətlə hərəkət etməlidir”.

Qeyd edək ki, 65 yaşlı diplomat Türkiyənin Pakistandakı səfiridir. O, müxalif Sədat Partiyasının rəhbərliyindən ayrılacağını açıqlayan sədr Təməl Karamollaoğlunun kürəkənidir.

Xatırladaq ki, daha əvvəl İƏT Ermənistanı öhdəliklərini yerinə yetirməyə çağırmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin