DİQQƏT! Bu tarixlərdə geomaqnit qasırğası olacaq

Hazırda oxunan: DİQQƏT! Bu tarixlərdə geomaqnit qasırğası olacaq

190455

Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə edilib. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yerin yaxınlığından keçəcəyi proqnozlaşdırılır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Bizim.Media-ya verilən məlumata görə, mayın 4-dən 6-dək Günəş aktivliyinin davam edəcəyi üçün M (R1-R2 mülayim orta - radiorabitəni güclü əngəlləyən) və X (R3 güclü və daha böyük) alışmaların olacağı ehtimal olunur. 

Həmin günlər üçün Günəş küləyi parametrlərinin artması və tac dəliklərindən çıxan yüksəksürətli axınların təsiri hiss olunacaq.

Mayın 3-də baş vermiş tac kütlə atılmasının və həmin tarixdə səhər saat 6 radələrində olan X1.6 alışmasının təsiri ilə mayın 5-i günün sonu və 6-sı saat 14:00-dək daha güclü geomaqnit həyəcanlaşması hiss olunacaq.

Mayın 5-də G1 (mülayim) səviyyədə geomaqnit qasırğası davam edəcək. Tac kütlə atılmasının və tac dəliklərindən gələn yüksəksürətli axınların davam edən təsirləri səbəbindən mayın 6-da günün ilk yarısınadək G1-G2 (orta) səviyyədə geomaqnit qasırğası gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin