Bakıda yanvar-sentyabrda neft hasilatı 7,6% azalıb

Hazırda oxunan: Bakıda yanvar-sentyabrda neft hasilatı 7,6% azalıb

1904

Bu ilin yanvar-sentyabr aylarında Bakının mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,2 mlrd. manat olmaqla əvvəlki ilin analoji dövrünə nisbətən 6% azalıb.

Bizim.Media Bakı Şəhər Statistika İdarəsinə istinadən bildiri ki, hesabat dövründə sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 25,7 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 19,4 mlrd. kubmetr təşkil edib.

Neft hasilatı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 8,3% artıb.

Bundan başqa, cari ilin yanvar-sentyabr aylarında Bakıda 181,9 min ton inşaat üçün əhəng daşı (artım 19,6%), 6,1 min ton çınqıl, qırmadaş, xırda çay daşı (artım 7,2 dəfə) və 46,3 min ton gips və anhidrit (azalma 2,3%) hasil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin