ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı açıqlamasından sonra bütün dünya erməniləri sevincdən bayıldığı bir vaxtda erməni əsilli Rusiyalı jurnalist, RT və “Sputnik” İnformasiya Agentliklərinin rəhbəri Marqarita Simonyan sərt sözlərlə təpki göstərib:
“Yüz ildən çox Amerika və onun imperatorları xalqımın soyqırımını tanımadılar. Çünki geosiyasi konyuktura bunu belə tələb edirdi. İndi isə Bayden bunu etiraf etdi. Hamı sevinsə də mən buna sevinə bilmirəm. Həmişə 24 apreldə olduğu kimi yenə kədərliyəm”.
MÖVZU İLƏ BAĞLI:
Simonyandan sərsəm açıqlama – İstanbulu türklərə biz hədiyyə etmişik – VİDEO
O, bildirib ki, bu Baydenə ədalət üçün, erməni xalqının dərdinə acıdığı üçün lazım deyil, sadəcə bu gu gün geosiyasi vəziyyət dəyişib, bu, kiməsə siyasi təzyiq üçün edilmiş bir addımdır.
Sonra Simonyan Qarabağda gedən son döyüşlərə işarə edərək ABŞ-a sual da ünvanlayıb:
“Amerika bu payız sən harda idin? Orada baş verən hadisələr heç qaşını belə tərpətmədin. Ermənilər amerikalılar üçün 100 ildir anbarda saxlanılan tüfəng kimi bir şeydir, işlərinə gələndə əllərinə götürüb oynadırlar”.
Rusiyalı jurnalist onu da qeyd edib ki, mən baş verənlərin, Baydenin etirafının heç birinə inanmıram:
“Bu sadəcə bu gün Türkiyəyə qarşı təzyiq üçün lazımdır. Sabah tam başqa nələrisə gözləmək olar, ya da heç nə olmayacaq. Ona görə də mən bütün baş verənlərdən kədərliyəm və bunun Baydenə heç bir aidiyyatı yoxdur...”
Bizim.Media