İllər öncə silahlı hücuma məruz qalan imperator ləqəbli İbrahim Tatlısəs, "İbo Show" adlı tv proqramında göz yaşlarını tuta bilməyib.
Bizim.Media xəbər verir ki, illərdir səhnəyə çıxmayan və sənətə ara verən müğənni, səsinin əvvəlki gücdə olmadığını çətinliklə etiraf edərək bu sözləri deyib:
"Allah verdiyi cövhəri geri almaz, illah ki, geri qaytarar. Allah borclu qalmağı sevməz. Allahımsan məni yaradansan, səsimi geri ver. Önündə əyilərək rica edirəm dərdi sən verdin, dərmanı da sən ver".
Bizim.Media