C Qabrielius Landsberqis Azərbaycana səfərə gəlir.
Bizim.Media Latviya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün nazir Qabrielius Landsberqisin Cənubi Qafqaz regionuna səfəri başlayır.
Ermənistan, Gürcüstan və Azərbaycanda səfərə gələn litvalı nazir yüksək səviyyəli hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək, Litva və Cənubi Qafqaz ölkələrinin münasibətlərini müzakirə edəcək.
Litva XİN başçısı səfərdən qabaq bildirib ki, "Mən inanıram ki, bu səfər Şərq Tərəfdaşlığı ölkələrində gedən prosesləri öyrənmək baxımından yaxşı fürsət olmaqla yanaşı həm də qarşılıqlı əməkdaşlığımızı inkişaf etdirmək üçün bizi birləşdirən elementləri öyrənmək və bunlardan həm Aİ həm də regiondakı beynəlxalq təşkilatlar daxilində istifadə etmək baxımından səmərəli olacaq".
Litva XİN bildirib ki, Litva bu ölkələrlə əməkdaşlıqda maraqlıdır, və "Şərq Tərəfdaşlığı" ölkələrinin bu ilin payızında keçiriləcək sammiti üçün hədəfləri təsdiqləyir.
Nazir Azərbaycanda səfərdə olarkən Litva tatarları ilə bağlı sərginin açılışında iştirak edəcək. O həmçinin, 3 may Polşa Konstitusiyasının 230-cu il dönümünə həsr olunmuş tədbirə qatılacaq.
Bizim.Media