Bahar Muradovadan XƏBƏRDARLIQ – “Belə xəbərlərlə uşaqların həyatlarını təhlükəyə atırlar”

Hazırda oxunan: Bahar Muradovadan XƏBƏRDARLIQ – “Belə xəbərlərlə uşaqların həyatlarını təhlükəyə atırlar”

190227

"İctimai rəyin formalaşmasında informasiyanın çatdırılması önəmlidir: Ailə, qadın və uşaq məsələləri çox prinsipial istiqamətdir. Bu sahə ilə bağlı məlumatlar xüsusi yanaşma tələb edir. Bəzən yüngül hadisələr ağır formada təqdim edilir. Bu da cəmiyyətə yaxşı təsir göstərmir". 

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən Forumda deyib. 

Onun sözlərinə görə, mətbuat qadın və ya uşaqlara qarşı zorakılıq faktlarının, onların cəmiyyətdə üzləşdikləri problemləri və qarşılaşdıqları çətinliklərin ictimailəşdirməsində son dərəcə diqqətli olmalıdır:

"Xüsusilə qətl, zorakılıq və ya digər neqativ olayların təfərrüatlarına media bir qədər xəsislik etməlidir. Qadın  və uşaq hüquqları məsələsində xəbərin tez çatdırılması ilə işini bitdiyini zənn edən mətbuat nümayəndələri qadınların, eləcə də uşaqların həyatlarını təhlükəyə atırlar. Ona görə də həssas xəbərlərlə əlaqədar mütləq müvafiq qurumlarla əlaqələr yaradılmalıdır".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin