İcma sədri: “Ermənistan Qərbi azərbaycanlılara vurulan ziyana görə təzminat ödəməlidir”

Hazırda oxunan: İcma sədri: “Ermənistan Qərbi azərbaycanlılara vurulan ziyana görə təzminat ödəməlidir”

190208

“Qərbi Azərbaycan İcması son 1 ildə təşkilatlanma işini demək olar ki, yekunlaşdırır. 22 rayon üzrə rayon və 300 kənd üzrə kənd icmaları formalaşdırılıb. Azərbaycan Respublikasının 41 rayonu üzrə artıq nümayəndəliklərimiz fəaliyyətə başlayıb. Onlar hər biri ofislə təmin olunub. Eyni zamanda xarici ölkələrdə nümayəndəliklərimizin yaradılması prosesinə start verilib”.

Bunu Bizim.Media-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İcmadan Miyatoviçə: "Vətənimizə qayıtmaq mübarizəmizdən vaz keçməyəcəyik"


Sədr bildirib ki, prioritet istiqamətlərdən biri informasiya və Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır:

“Çünki son 200 ildə tarixi torpaqlarımızda soydaşlarımıza qarşı törədilmiş cinayətlərlə bağlı dünya ictimaiyyətinin kifayət qədər məlumatı yoxdur. 

“Qərbi Azərbaycan həqiqətləri” deyəndə biz təkcə son 200 ildə soydaşlarımızın məruz qaldığı etnik təmizləmə, deportasiya və soyqırımlarını nəzərdə tutmuruq. Eyni zamanda, həm də Qərbi Azərbaycanda əcdadlarımızın min illər boyu yaratmış olduqları dəyərlərin taleyi ilə bağlı məsələləri gündəmə gətirəcəyik. Həmin ərazilərdəki dəyərlərimizin, maddi və mənəvi irsimizin böyük bir hissəsi ermənilər tərəfindən vandalizm aktına məruz qalıb, dağıdılıb, abidələrimiz yer üzündən silinib. 

Çox təəssüf ki, insanlarımız qaçqınlıq həyatı yaşadığı 35 il ərzində Ermənistan dövləti həmin yeraltı və yerüstü bütün sərvətlərdən istədikləri kimi istifadə ediblər.

Halbuki o sərvətlərdə bizim insanlarımızın haqqı var və bunun təzminatı ödənilməlidir. Qərbi Azərbaycan İcmasında sonuncu deportasiya zamanı vətəndaşlarımıza dəymiş ziyanın hesablanması ilə bağlı ardıcıl iş gedir. 20 minə yaxın ailəyə dəymiş fərdi təsərrüfatların ziyanının hesabatını aparmışıq. Qərbi Azərbaycan İcmasının tərkibində hüquq komissiyası fəaliyyət göstərir. Beynəlxalq məhkəmələrə təqdim etmək üçün bu sənədlər üzərində iş aparılır”.

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin