Gəncədə məktəblini bıçaqlayan şəxs müəyyən edilərək saxlanılıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə şagird BIÇAQLANIB
Onun sözlərinə görə keçirilmiş əməliyyat tədbirləri nəticəsində R. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S. İsayev olması müəyyən edilib.
Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu