Ramin Məmmədovun deputat səlahiyyətlərinə XİTAM VERİLDİ 

Hazırda oxunan: Ramin Məmmədovun deputat səlahiyyətlərinə XİTAM VERİLDİ 

190094

VI çağırış Milli Məclisin deputatı Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib. 

Belə ki, məsələni təqdim edən MSK katibi Arifə Muxtarova bildirib ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla R.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub: 

“Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir”. 
Yuxarıda sadalananları nəzərə alaraq MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsini nəzərə alıb. 

Beləliklə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin