Rəqqasə Aygün Nərminlə efirdə üz-üzə gəldi: “Mənə təhqir dolu şərhlər yazmışdınız” - VİDEO

Hazırda oxunan: Rəqqasə Aygün Nərminlə efirdə üz-üzə gəldi: “Mənə təhqir dolu şərhlər yazmışdınız” - VİDEO

190051

“Rusalka” ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Aygün Babayeva efirdə müğənni Nərmin Kərimbəyovanın paxırının üstünü açıb. 

Bizim.Media xəbər verir ki, hadisə Aygün ilə Nərminin qonaq olduğu “İncə səhər” verilişində yaşanıb. 

Kinli olduğunu söyləyən Babayeva bildirib ki, İkinci Vətən müharibəsi zamanı onun rəqsinə Kərimbəyova təhqir dolu şərh yazıb: 

“İkinci Vətən müharibəsi dövründə rəqsimlə dəstək nümayiş etdirmək istədim. Deyirlər ki, “Yetimin əlində qoğal əcaibdir?”. Bir çox müğənnilər mənim rəqsimi paylaşaraq mənfi rəylər yazmışdılar. Oriental rəqs deyildi. Fərhad Əliyev adında bir xoreoqrafın qurduğu milli geyimdə dörd qızla rəqs etdim. O rəqsimə necə pis şərhlər yazdılar. Siz də Nərmin təhqir dolu şərh yazdınız. O qədər ağladım. Üç gün ürəyim evdə partlayırdı. Hönkür-hönkür ağlayırdım. Anam deyirdi ki, “Niyə özünü öldürürsən bu şərhlərə görə?”. Cavab verirdim ki, “Gör mənim rəqsimi nəcə eybəcər sözlər yazıblar”. Siz müğənnilər hamınız üstümə gəldiniz. Mənə yazan bütün neqativ şərhləri “screen” edib özümdə saxlayıram. Sizin dəstəyinizə ehtiyacım var idi. Amma siz mənə pis şeylər yazdınız. Mən bu haqda sizə heç bir şey demədim”.

Aygünün bu sözlərinə Nərmin etiraz edib və bu mövzuda fikirlərini bü cür ifadə edib: 

“Mən nəinki sənə heç bir sənət yoldaşıma heç zaman təhqir yazmaram. Sən kinli ola bilərsən, amma mən kinli deyiləm. Əksinə mən hər zaman sənə dəstək olmuşam. Ola bilər ki, fikirlərimi tənqidi formada yazmışam. Heç indi o yazdığım şərh yadıma belə düşmür. O zamanlar heç mən səninlə tanış da deyildim. Sən belə sözlər deməklə insanlara məni xoş olmayan bir şəxs kimi təqdim edirsən. Dəfərlərlə sənə köməyim dəyib. Ola bilər ki, səninlə tanış deyildim və sənin sənətinə də bələd deyildim. Ola bilər ki, bu səbəbdən sənə fikrimi sərt formada bildirmişəm. Yadımda deyil. Əgər olubsa da belə səndən üzr istəyirəm. İstəmərəm ki, kiminsə qəlbini qırım. Çünki mən qəlbi açıq və qəlbi təmiz insanam”. 

Daha sonra Nərmin gülə-gülə verilişin aparıcısı Vüsalə Əlizadəyə də söz atıb: 

“Ola bilər ki, siz bu gün verilişinizə Aygünü mənə görə dəvət etmisiniz ki, bunları danışsın”. 

Lakin Vüsalə bu hadisələrdən bixəbər olduğunu vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin