Xalq artisti Aygün Kazımova son paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi küləkli havada Xəzərin sahilində günəşlənib.
Ayaqlarını quma basdıran Kazımova qoyunlarını oturan yaşlı çobanla həmsöhbət olub. Aygünü uzaqdan görüb daha sonra ona yaxınlaşan həmin şəxs müğənnini tanıdığını bildirib.
Estrada ulduzuna xoş sözlərini ünvanlayan çobana pop diva təşəkkürünü bildirib. Həmin anları isə Aygün Kazımova sosial şəbəkə hesabında paylaşıb.
Rəşad Əliyev, Bizim.Media