Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
Azərbaycan Minifutbol Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yığma həlledici oyununda son dünya çempionu Rumıniya komandası ilə qarşılaşıb.
Görüş seçməmizin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Elşad Quliyevin yetirmələri mükafata sahib çıxıblar.
Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.
Bizim.Media