İngiltərənin "Mançester Yunayted" futbol klubunun azarkeşləri komandanın sahibləri amerikalı iş adamları Coel və Avram Qleyzersin Super Liqaya qoşulma barədə qərarına etiraz olaraq aksiya keçiriblər.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, etiraz aksiyası "Mançester Yunayted"in meydanı "Old Trafford"un qarşısında keçirilib.
MÖVZU İLƏ BAĞLI:
“Mançester Yunayted” futbolçusunun sevgilisi soyunub? – FOTOSESSİYA
Məlumata əsasaən, azarkeşlər aksiya zamanı klub rəhbərliyinin qərarına etiraz olaraq ABŞ bayrağını yandırıblar. Həmçinin etirazçılar Qleyzerlər ailəsindən klubdakı hissələri satmağı tələb ediblər.
Bizim.Media