Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu TƏSDİQLƏDİ

Hazırda oxunan: Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu TƏSDİQLƏDİ

189963

Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu ikinci oxunuşda təsdiqləyib. 

Bizim.Media xəbır verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazir: “Xarici agentlər haqqında qanun Gürcüstanın Avropaya inteqrasiyasını sürətləndirəcək”


Məlumata görə, hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin lehinə 83, əleyhinə 23 deputat səs verib.

Ölkənin hakim rusiyayönlü “Gürcü arzusu” partiyasını təmsil edən baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, qanun layihəsinin üçüncü oxunuşunun səsverməsi iki həftədən sonra keçiriləcək.

O qeyd edib ki, hakim partiya etirazlardan narahat olmasına baxmayaraq, “xarici agentlər haqqında” qanunu qəbul etmək niyyətindədir.

Qeyd edək ki, hazırda parlament binasi qarşısında qanun layihəsinin əleyhinə etiraz aksiyası keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin