Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.
Bizim.Media ali şahmat qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov (2734) malikdir.
Bir pillə geriləyən kişilərdən ibarət millinin lideri 18-cidir. Bir pillə irəliləyən Teymur Rəcəbov (2723) isə 27-ci yerə yüksəlib. Digər kişi qrossmeysterimiz Rauf Məmmədov (2651) 87-ci sıraya geriləyib.
İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasov bu dəfə də ilk “100-lük”dən kənarda qalıb. Kişi şahmatçıların siyahısına Maqnus Karlsen (2830, Norveç) başçılıq edir.
Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2436) 35-ci, Gövhər Beydullayeva (2412) 45-ci, Ülviyyə Fətəliyeva (2378) 72-ci, Xanım Balacayeva (2376) 74-cü, Gülnar Məmmədova (2360) 90-cı pillədə qərarlaşıb. Qadınlar arasında lider Yifan Houdur (2633, Çin).
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
10:30 / 01.05.2024
Şəhriyar Məmmədyarov FİDE reytinqində GERİLƏYİB
Hazırda oxunan: Şəhriyar Məmmədyarov FİDE reytinqində GERİLƏYİB
Hazırda oxunan: Şəhriyar Məmmədyarov FİDE reytinqində GERİLƏYİB
189860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.