“Ermənistan hökumətinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə fəaliyyəti regionda bu günə, gələcəyə və davamlı sülhə yönəlib”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkəsinin mətbuatına açıqlamasında deyib.
“Tavuşda yerləşən Voskepar, Bağanis, Kirants və Berkaber kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib. Nəhayət, biz dərk etməliyik ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi qonşuları ilə sərhədlərin nə dərəcədə dəqiqləşdirilməsindən asılı olacaq”, - deyə Xaçaturyan qeyd edib.
Xaçaturyan qeyd edib ki, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatını təqdim etmir, çünki bu, yekun qərara mane ola bilər.
Bizim.Media
- A-
- A
- A+
Region
20:43 / 30.04.2024
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası regionda davamlı sülhə yönəlib”
Hazırda oxunan: Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası regionda davamlı sülhə yönəlib”
Hazırda oxunan: Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası regionda davamlı sülhə yönəlib”
189807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.