Mirzoyan: “Azərbaycan tərəfi ilə sülh prosesinə başlamışıq və buna real imkanın olduğuna inanırıq”

Hazırda oxunan: Mirzoyan: “Azərbaycan tərəfi ilə sülh prosesinə başlamışıq və buna real imkanın olduğuna inanırıq”

189787

“Biz Azərbaycan tərəfi ilə sülh prosesinə başlamışıq və Ermənistan tərəfi həqiqətən də davamlı sülhün bərqərar olması üçün real imkanın olduğuna inanır”. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və ölkələr arasında sərhədlərin demarkasiyası ilə bağlı gələcək prosesin həyata keçirilməli olduğunu açıq şəkildə təsdiqləyiblər.
Mirzoyan həmçinin bildirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə bütün regional nəqliyyat kommunikasiyalarını açmağa hazırdır:

“İnanırıq ki, bu məhdudiyyətlərin aradan qaldırılması təkcə iqtisadi rifah baxımından region ölkələrinə fayda gətirməyəcək, həm də regionda sülhün bərqərar olması üçün mühüm amil olacaqdır”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin