Koronavirus epidemiyasından sonra turistik məkanlar da əvvəlki imkanlarını bərpa etməkdədir. Xüsusilə vurğulayaq ki, son illər ölkə vətəndaşları daxili turizmə üstünlük verməkdədirlər. Ölkədə turizm imkanlarına və populyarlığına görə cənub bölgəsi, xüsusi ilə Lənkəran-Astara regionu ilk pillələrdə qərarlaşır.
Qeyd edək ki, ötən turizm ili bölgəyə 813,397 nəfər səfər edib və gecələmə imkanlarından istifadə edib. Lakin bu rəqəm kornavirus epedemiyasından əvvəlki statistikadan hələlik azdır. 2023-cü ildə bölgəyə axışanlar 201,140 manat xərcləyiblər. Təbii ki, bu statistika daxili turizmə aiddir.
Bəs görəsən, cənub bölgəsində yeni turizm mövsümünə hazırlıqlar necə gedir?
Lənkəran Regional Turizm Mərkəzindən verilən məlumata görə, turizm mövsümünə hazırlıq işlərinə öncədən start verilir:
“Mehmanxana və mehmanxana tipli obyektlərdə təqdim olunan xidmətlərin beynəlxalq standartlara uyğun təşkilini təmin etmək üçün turizm obyektləri yaradılmış elektron turizm reyestrindən keçməkdədirlər. Yəni tələblərə uyğunluq yoxlanılaraq reysterə bu obyektlərin salınması aparılır. Yerləşdirmə obyektlərində qalan turistlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə Regional Turizm İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq tövsiyələr verilir. Bu il bölgədə yeni turizm marşrutlarının yaradılması ilə bağlı işlərə start verilmişdir, bununla yanaşı yeni turizm məhsulunun yaradılması üzərində də işlər aparılır.
Yeni kəndlər “kənd turizmi” zəncirinə qoşulacaq
Cənub bölgəsi üzrə "Turistik kənd" meyarlarına uyğun ola bilən kəndlərin üzə çıxarılması ilə bağlı araşdırma da davam edir. Məsələn, kənd turizminin inkişafı məqsədi ilə ucqar dağ kəndi olan Astaranın Sım kəndində nişanlama prosesi davam etdirilir. Bununla yanaşı, Lerikin turizm potensialı olan dağ kəndi Bibiyoni kəndində turistik kənd layihəsinin həyata keçirilməsi üzrə ilkin işlərə start verilib. Artıq kəndin turizm potensialının ilkin qiymətləndirilməsi aparılır.
Bölgənin zəngin eko turizm potensialının təbliğ olunması məqsədi ilə bu il Milli Parklarda çoxçalarlı festivalların təşkili planlaşdırılır. Dağ səfərlərini sevənləri bu il bölgədə yeni səfərlər gözləyir. Yeri gəlmişkən, hazırda kənd turizmi forması bölgədə yerləşən xüsusi ilə Lənkəran və Astarada geniş yayılmaqdadır. Hazırda bir günlük kənd həyatından istifadə müxtəlif elanlara əsaslanaraq 30 manatdan başlayır.
Otellərdə isə xidmətlərin müxtəlifliyi ilə əlaqədar olaraq qiymətlər 20-30 manat arasından-300 manata qədər davam edir. Onu da qeyd edək ki, keçən turizm mövsümündə otellərin bölgə üzrə gəliri 27,439 manat təşkil edib.
Bəs bölgə turizminin müvafiq kadr ehtiyacı yetərlidirmi?
Turizm sahəsinin dinamik inkişaf edən sahə olmasını nəzərə alaraq bölgədə fəaliyyət göstərən mehmanxana və iaşə obyektlərdə turizm ixtisası üzrə peşəkar mütəxəssislərə ehtiyac ciddidir. Razılaşaq ki, istər daxili, istər xarici turistin qarşılanmasından yola salınmasına qədər prosseslər yüksək səviyyə tələb edir.
Regional Turizm Mərkəzindən verilən məlumata görə son illər ərzində inkişaf edən kənd turizmi və aqro turizmin tələblərini nəzərə alaraq kənd qonaq ev sahibləri və aqroturizm təsərrüfatlarının nümayəndələri üçün qısamüddətli təlimlər təşkil olunur. Mərkəz kadrların hazırlanmasında xüsusi təlimlərə üstünlük verir.
Sabutay Nağı, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 01.05.2024
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? – ARAŞDIRMA
Hazırda oxunan: Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? – ARAŞDIRMA
Hazırda oxunan: Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? – ARAŞDIRMA
189746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.