Xalq artisti Nəzakət Teymurova qızı Nigarın ailə qurması mövzusuna münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb.
“Qızım Nigarın 24 yaşı var. O hazırda ali məktəbin magistratura pilləsində təhsil alır. Nigar təhsilini yenə davam etdirmək istəyir. Hələ ailə qurmaq haqda düşünmür”, - deyə Nəzakət vurğulayıb.
Qeyd edək ki, 4 il əvvəl N.Teymurovanın qızı Nigarın elçiliyi olub. Həmin bu xəbəri isə Xalq artisti sosial şəbəkə hesabında yaymışdı.


Rəşad Əliyev, Bizim.Media