"5-6 il necə hər gün səhər eyni yeməyi yeyəsən? Axırda anam söylədi ki, "A bala, bəlkə başqa şey bişirim, yeyəsən?" Hər gün eyni yeməyi yeyirəm. Hər dəfə elə bilirəm ki, bu gün badımcan-bibər dolması, dünən yarpaq dolması, sonra qazan kotleti yedim. Mənim üçün hər dəfə eyni yemək, əslində fəqli yeməyin dadını verir. Mən özümü bu cür rahat hiss edirəm. İradəm çox güclüdür".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov qonaq olduğu "Söhbət var" verilişində deyib.
Sənətçi bildirib ki, sonuncu dəfə arıqlaması ona çox çətin başa gəlib:
"İnsanı 4 şey kökəldir. Birinci yuxusuzluqdur. O, stres gətirir. Stres, çoxlu yemək, şirniyyat yemək. Ondan sonra da hər şey pozulur. Deyirsən ki, yeyib-içmək hər şeydən yaxşıdır. Amma vaxt ötdükcə başa düşürsən ki, bu mənim sonuncu kökəlməyim idi. 100 faiz sonuncu kökəlməyimdir. Çünki anladım ki, illər öncə məşğul olduğum idman indi mənə daha çox əziyyət verir. Düzdür, bu dəfə o qədər də əziyyət çəkmədim, amma bu arıqlama prosesim bundan öncəkindən daha çətin oldu. Çünki yaş ötdükcə başa düşürsən ki, əzələ gənc yaşlarındakı kimi inkişaf etmir, maddələr mübadiləsini sürətləndirmək olmur. Şükür ki, vərdiş etmişəm. Hər şey yaxşıdır. Çox rahatam".
Qeyd edək ki, Abbas Bağırov idmanla məşğul olaraq 40 kiloqram çəki atdığını açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:24 / 30.04.2024
40 kiloqram arıqlayan Abbas: "Hər gün eyni yeməyi yeyirəm"
Hazırda oxunan: 40 kiloqram arıqlayan Abbas: "Hər gün eyni yeməyi yeyirəm"
Hazırda oxunan: 40 kiloqram arıqlayan Abbas: "Hər gün eyni yeməyi yeyirəm"
189687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.