İncidilən taciklərə görə Düşənbə Rusiyaya nota verdi

Hazırda oxunan: İncidilən taciklərə görə Düşənbə Rusiyaya nota verdi

189674

Tacikistan Xarici İşlər Nazirliyi Rusiya səfiri Semyon Qriqoryevi çağıraraq ona etiraz notası təqdim edib.

Bizim.Media yerli mediaya istinadən xəbər verir ki, Tacikistan XİN-i Rusiyada taciklərə qarşı “kütləvi şəkildə mənfi münasibətin təzahürü” və onların hüquq və azadlıqlarının pozulması ilə bağlı ciddi narahatlığını bildirib.

“Notada qeyd olunur ki, bu cür hərəkətlər yalnız Tacikistan vətəndaşlarına şamil edilir və bu, Tacikistan-Rusiya münasibətlərinin ruhu və ənənələri ilə kökündən uyğun gəlmir”, - xəbərdə deyilir.

Aprel ayında nazirlik Rusiya səfirinə respublika vətəndaşlarının Rusiyaya daxil olmaqdan kütləvi şəkildə imtina etməsi ilə bağlı narahatlığını bildirib. Aprelin 27-nə qədər minə yaxın tacikistanlı təkcə Vnukovo hava limanının müvəqqəti saxlanma zonasında müvafiq sanitar şərait təmin edilmədən olub, XİN “belə məhdudlaşdırıcı tədbirlərin yalnız Tacikistan vətəndaşlarına şamil edildiyini” qeyd edib. Düşənbə vətəndaşlara xüsusi səbəb olmadan Rusiyaya getməməyi tövsiyə edib.

Rusiya Xarici İşlər Nazirliyi izah edib ki, “Crocus City Hall”dakı terror aktı ilə bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür və sərhədçilər “sərhədi keçən şəxslərin vətəndaşlığından asılı olmayaraq” onları tətbiq edirlər.

Martın 22-də "Crocus City Hall"da törədilən terror aktı zamanı qeydə alınan atışma və yanğın nəticəsində 145 nəfər ölüb, 500-dən çox insan yaralanıb. İş üzrə 12 adam həbs edilib, olardan 4-ü terror aktını birbaşa həyata keçirən tacikistanlılardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin