Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması barədə məlumat yayıb.
DSX-nin Mətbuat Mərkəzindən Bizim.Media-ya bildirilib ki, Qazax rayonu istiqamətində bir nəfər hərbi qulluqçu piyada əleyhinə mina partlayışı nəticəsində ayağının baş barmağından xəsarət alıb. Ona zəruri tibbi yardım göstərilib.
MÖVZU İLƏ BAĞLI:
DSX əməkdaşı Qazax rayonunda minaya düşdü
Qeyd edək ki, Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb.
Bizim.Media