Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında yol polisi patruluna silahlı hücum olub.
Bizim.Media xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsi yayıb.
Hücum nəticəsində ikisi polis, beşi yaraqlı olmaqla yeddi nəfər ölüb, dörd asayiş keşikçisi yaralanıb.
Məlumata görə, gecə saatlarında naməlum şəxslər maşınla posta yaxınlaşaraq qumbara və ya əldəqayırma partlayıcı qurğunu işə salaraq atəş açıblar.
Bizim.Media