Tbilisidə "Avropaya hə, Rusiya qanununa yox" adlı etiraz aksiyası keçirilir - VİDEO

Hazırda oxunan: Tbilisidə "Avropaya hə, Rusiya qanununa yox" adlı etiraz aksiyası keçirilir - VİDEO

189461

Tbilisidə vətəndaş cəmiyyəti təşkilatlarının "Avropaya hə, Rusiya qanununa yox" adlı genişmiqyaslı etiraz aksiyası keçirilir.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, paytaxtın Respublika meydanına toplanmış minlərlə Gürcüstan vətəndaşı ərazidə avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Nümayişə Gürcüstan və Avropa İttifaqının himninin səsləndirilməsi ilə başlanılıb. Aksiyaya müxtəlif müxalifət partiyaları da dəstək veriblər.
Etirazçılar hakim "Gürcü arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin ölkənin milli maraqlarına zidd olduğunu bildirirlər.

Aksiyaya qoşulanların sayı artmaqdadır. Qeyd edək ki, sabah Gürcüstan parlamentinin sessiyasında qanun layihəsinin ikinci oxunuşa çıxarılması gözlənilir.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin