Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Kremlin mətbuat xidməti yayıb.
Telefon danışığının erməni tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir. Söhbət əsnasında Paşinyan və Putin Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı müzakirələrini davam etdiriblər.
"Rusiyalı sülhməramlıların səyləri sayəsində bölgədəki vəziyyətin sabit və sakit qaldığı məmnuniyyətlə ifadə edildi. Enerji sektoru da daxil olmaqla ikitərəfli əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı". Açıqlamada deyilir.
Bundan əlavə, Paşinyan Putinə iyunda keçirilməsi planlaşdırılan erkən parlament seçkiləri ilə əlaqədar Ermənistandakı daxili siyasi vəziyyətin inkişafı barədə məlumat verib.
Xatırladaq ki, 7 aprel tarixində Moskvada Paşinyan və Putin arasında görüş baş tutmuşdu.
Danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əlaqələrin və nəqliyyat yollarının bərpasını, sülhməramlıların köməyi ilə Dağlıq Qarabağdakı vəziyyətin normallaşdırılmasını, Avrasiya məkanında qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Region
14:45 / 24.04.2021
Paşinyan Putinə zəng etdi – Qarabağdan danışdılar
Hazırda oxunan: Paşinyan Putinə zəng etdi – Qarabağdan danışdılar
Hazırda oxunan: Paşinyan Putinə zəng etdi – Qarabağdan danışdılar
18946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.