Naməlum səbəblərdən İranda peydan olan “Fly Armenia Airways” avia şirkətinin təyyarəsi Ermənistana uçur.
Bizim.Media “yerkramas.org” saytına istinadən xəbər verir ki, bu haqda məlumatı Mülki Aviasiya Komitəsinin (MAK) mətbuat xidməti yayıb.
"Xarici İşlər Nazirliyi və MAK-ın ortaq səyləri və İran tərəfi ilə səmərəli əməkdaşlığı sayəsində “Fly Armenia” Hava Yollarının (EK-FAA) Boeing 737-300 təyyarəsi bu gün Tehran Mehrabad hava limanından qalxaraq yerli vaxtla saat 19: 15-də İrəvana çatacaq”, deyə bəyanatda deyilir.
Eyni zamanda, MAK-ın aparılan yoxlama və nəticələri ilə əlaqədar qısa müddət ərzində əlavə bir açıqlama verəcəyi gözlənilir.
Xatırladaq ki, 21 fevralda MAK-a BƏƏ aviasiya rəhbərliyindən EK-FAA nömrəsi ilə Ermənistanda qeydiyyata alınan Boeing 737 təyyarəsinin qaçırılması barədə mesaj gəlib. Daha sonra təyyarənin Tehranda yerə endiyi və göyərtəsində sərnişin olmadığı üzə çıxıb.
Bəlli olub ki, pilotlar xarici ölkə vətəndaşlarıdır.
Bundan əvvəl Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan formal olaraq Ermənistanda qeydiyyata alınan “Boeing”in ölkədən qaçırılmadığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:23 / 24.04.2021
Ermənistanın “itkin” təyyarəsi tapıldı – DETALLAR
Hazırda oxunan: Ermənistanın “itkin” təyyarəsi tapıldı – DETALLAR
Hazırda oxunan: Ermənistanın “itkin” təyyarəsi tapıldı – DETALLAR
18942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.