Dursun Özbek yenidən "Qalatasaray" prezidentliyinə namizəd oldu

Hazırda oxunan: Dursun Özbek yenidən "Qalatasaray" prezidentliyinə namizəd oldu

189289

"Qalatasaray"ın rəhbəri Dursun Özbek klubun prezident seçkilərinə namizədliyini açıqlayıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti vəzifəsinə seçki mayın 25-də keçiriləcək. 

D.Özbek isə sözügedən seçkiyə namizəd olduğunu söyləyib: 

"Sizin qarşınızda bu şərəfi vəzifəyə yenidən namizəd olduğumu açıqlayıram. Yenə prezident seçilsəm, bacardıqlarımızın daha çoxunu əldə etmək üçün dayanmadan çalışacağam".

Qeyd edək ki, D.Özbek 2022-ci ilin yayından "Qalatasaray"ın prezidentidir. O, 2015-2018-ci illərdə də bu vəzifəni icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin