Xəbər verdiyimiz kimi, keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılıb. Mənzillər Abşeron, Qaradağ və Samux rayonlarında yerləşir. Evlərin qiyməti onların kvadratından asılı olaraq dəyişir. Təmirli vəziyyətdə olan mənzillər digər binalarla müqayisədə ucuz satışa çıxarılıb.
Maraqlıdır, bu qiymətlər mənzil bazarına necə təsir edəcək?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizim.Media-ya açıqlamasında məsələnin detallarını belə izah edib:
“Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə köçdükcə onlara dövlət tərəfindən verilmiş mənzillər mərhələli şəkildə satışa çıxarılacaq. 1-ci planda satışa çıxarılmış evlər məcburi köçkünlər üçün nəzərdə tutulsa da, həmin evlər onlara deyil, bir hissəsi şəhid ailələrinə verildi, digər hissəsi isə daha ucuz qiymətə satışa çıxarıldı.
Artıq növbəti mənzillərin satışa çıxarılması ilə bağlı xəbərlər yayılır. Həmin mənzillərin satış qiymətinə ümumi nəzər salsaq, görərik ki, bu evlər ölkə ərazisində tikilən bütün çoxmənzilli yaşayış binalarının ən minimal qiymətinə satışa çıxarılır. Yəni maya dəyərindən söhbət gedir.
Tikililərin əraziləri dövlət tərəfindən verilməsəydi, onların satış qiyməti daha baha olardı. Çoxmənzilli binaların torpaq əraziləri dövlət tərəfindən verilən sosial layihə olduğuna görə mənzillərin satış qiyməti sadəcə tikinti və təmir xərcləri üçün nəzərdə tutulub. Təbii ki, bu, əmlak bazarına öz təsirini göstərir. Lakin bu tip yaşayış binaları daha çox mərkəzdən kənar ərazilərdə tikilib. Həmin ərazilər üçün qiymət normaldır”.
Ekspert bildirib ki, qiymət normal olsa da, insanlar daha çox şəhərin mərkəzi hissələrinə yaxın ərazidə mənzil almaq istəyirlər:
“Növbəti satışlarda aztəminatlı insanların ev probleminin aradan qaldırılması üçün mütləq şəkildə bu cür layihələr rol oynayacaq. Hətta bu mənzillər ucuz qiymətə uzunmüddətli kredit şərtləri ilə satılır. Tam təmirli bu mənzillər dövlətin sifarişi ilə tikildiyinə görə həmin binaların hər birində qaz, su, işıq və kommunikasiya xətləri və çıxarışları təmin olunur.
Qiymətlər son illər artan xətt üzrə gedir. Paytaxtda və digər ərazilərdə qiymətlərdə kəskin artımlar müşahidə edilir. Bu cür layihələr təbii ki, aztəminatlı insanlar üçün mənzil sahibi olmağı əlçatan edəcək”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:00 / 27.04.2024
“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin QİYMƏTİ ENƏCƏK” – Mühüm AÇIQLAMA
Hazırda oxunan: “Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin QİYMƏTİ ENƏCƏK” – Mühüm AÇIQLAMA
Hazırda oxunan: “Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin QİYMƏTİ ENƏCƏK” – Mühüm AÇIQLAMA
189146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.