COP29 beynəlxalq konfransı ərəfəsində “Euronews” telekanalı Xəzər hövzəsində ilk “Yaşıl Liman” beynəlxalq statusu alan Bakı Limanı haqqında videoreportaj hazırlayıb.
Bizim.Media xəbər verir ki, videoreportajda qeyd olunub ki, 2019-ci ildən bəri Bakı Limanı ekoloji layihələrə ciddi nəzər yetirir və karbon emissiyasının 2035-ci ilə qədər sıfıra endirilməsi üçün kompleks tədbirlər həyata keçirir.
Tullantı sularının təmizlənməsi, limanda aparılan ağacəkmə kampaniyası, istifadə olunan günəş enerjisi haqda məlumat verilib. Həmçinin Bakı Limanının sosial sahədə Ələt məktəbliləri üçün həyata keçirdiyi layihələrdən biri olan “RoboPort” barədə məlumat verilib, iştirak edən şagirdlər layihə barədə fikirlərini bölüşüblər.
Bundan başqa, videomaterialda limanın korporativ sosial məsuliyyət proqramı çərçivəsinə Ələt qəsəbəsində salınan Eko Park haqqında məlumat təqdim olunub.
Bizim.Media