İranda son sutkada 22 904 yeni növ “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb, 380 nəfər vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
İranda bir gündə 388 nəfər həyatını itirdi
O bildirib ki, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 68 746 nəfərə, infeksiyaya yoluxanların sayı isə 2 milyon 358 809 nəfərə çatıb.
İranda bu günə kimi 1 milyon 850 min 791 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Virusa yoluxan hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 5107 nəfərin vəziyyəti ağırdır.
Bizim.Media