Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?

Hazırda oxunan: Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?

188555

Rusiyanın buğda ixracı bu il kəskin azalıb. Aprelin 1-dən 21-dək Rusiya 3,142 milyon ton taxıl ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz azdır.

Qeyd olunan dövrdə buğda ixracı 33,7 faiz azalaraq 2,58 milyon tona düşüb:

"İxrac artıq üçüncü həftədir ki, azalır. Belə ki, aprelin 15-dən aprelin 21-dək əsas taxıl növlərinin gündəlik ixracı 40,5 min ton azalaraq 118,7 min ton, buğdanın ixracı 10,8 min ton azalaraq 110,8 min ton təşkil edib”.  
 

MÖVZU İLƏ BAĞLI:

Çörək bu tarixdə ucuzlaşacaq – MÜHÜM AÇIQLAMA


İnterfaks agentliyinin analitik departamentinin direktoru Yelena Türinanın dediyinə görə, ötən ilin eyni dövründəki 1 milyon 637 min tonla müqayisədə həftə ərzində ümumilikdə cəmi 831 min ton məhsul ixrac olunub.

O cümlədən 1 milyon 284 min tona qarşı 775,4 min ton buğda, 218 min tona qarşı 47 min ton qarğıdalı ixrac edilib:

“Hətta əvvəlki dövrlərdə artan arpa tədarükləri ötən həftə ötən mövsümün eyni dövründəki 135,5 min tona nisbətən 8,5 min tona düşüb”.

Onun məlumatına görə, ötən həftə Rusiya buğdasının ixrac edildiyi ölkələrin sayı 10, bir il əvvəl isə 22 olub.

Görəsən, bu azalma Azərbaycanda buğda və unun qiymətlərinə necə təsir edəcək? 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirir ki, Rusiyanın buğda ixracında baş verən kəskin azalmanın Azərbaycanda həmin məhsul və unun qiymətinə heç bir təsiri olmayacaq: 

“Rusiyadan həmin məhsul üzrə ixracın azalması əslində şimal ölkəsinin taxılı ixrac etməkdə çətinlik çəkdiyinin göstəricisidir. Bu isə əslində qiymətləri aşağı salan amildir. Dünyada dənli bitkilərin defisiti 2,6 faiz azalıb və ötən ilkilə müqayisədə qiyməti də 20 faiz aşağı düşüb. Bu ilin ilk 3 ayında isə Rusiya və ABŞ-da yaxşı məhsul yığımları olub. Belə vəziyyət öz növbəsində qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb. 

2022-ci ilin martında Rusiyada buğdanın bir tonun qiyməti 400 dollar idisə, bir il sonra 300 dollar, cari ilin martında isə 200 dollara düşüb. Rusiyadan ixracın aşağı düşməsi yalnız o halda pis nəticələrə səbəb ola bilər ki, məhsul yığımı az olsun və onu sata bilməsin. İndiki halda isə məhsul yığımı boldur, sadəcə olaraq onu sata bilmir. Həmin vəziyyət isə qiymətlərin daha da aşağı düşməsini stimullaşdırır”.

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin