Fransada yaşayan erməni jurnalist Leo Nikolyan Ermənistana buraxılmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, videomüraciətində danışıb.
Qeyd edək ki, Leo Nikolyan bir müddət əvvəl Azərbaycan Televiziyasının (AzTV) “Siyasətin kvazimodosu” adlanan sənədli filmində demişdi ki, Fransa öz vətəndaşlarını Azərbaycanda casusluq etmək üçün bu ölkəyə göndərib.
Eyni zamanda o, Fransa prezidenti Emmanuel Makronun terror təşkilatı ilə əlaqələrindən danışıb. Erməni jurnalist Makronun onu erməni terror təşkilatlarının rəhbərlərilə hədələdiyini vurğulayıb.
Leo Nikolyan küçədə gördüyü Fransa prezidentini tənqid etdiyi üçün təqib edildiyini, 52 saat təcridxanada olduqdan sonra bir müddət Fransanı tərk edib Dubayda və İstanbulda yaşadığını bildirib.
Bizim.Media