Daxili İşlər Nazirliyi (DİN) Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin Gəncədə sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq polisə aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bizim.Media-nn məlumatına görə, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, iddialar əsassızdır.
“Bəzi xəbər saytlarında Gəncə şəhərində məhkəmə sədrinin polisə aparılması barədə dərc olunan yazı həqiqətə uyğun deyil”, - E.Qasımov qeyd edib.
Xatırladaq ki, mətbuatda Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri N.Əliyevin Gəncədə sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılıb, tibbi maskadan istifadə etməməsi və polisə müqavimət göstərməsi, daha sonra barəsində inzibati tənbeh tədbiri görülməyərək sərbəst buraxılması ilə bağlı məlumatlar yayılıb. (Report)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:23 / 23.04.2021
Gəncə məhkəməsinin sədri polisə müqavimət göstərib - İDDİAYA CAVAB
Hazırda oxunan: Gəncə məhkəməsinin sədri polisə müqavimət göstərib - İDDİAYA CAVAB
Hazırda oxunan: Gəncə məhkəməsinin sədri polisə müqavimət göstərib - İDDİAYA CAVAB
18831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.