Qazaxıstanda daşqınlar: 9 minə yaxın şəxs evinə qayda bilmir

Hazırda oxunan: Qazaxıstanda daşqınlar: 9 minə yaxın şəxs evinə qayda bilmir

188244

Qazaxıstanda davam edən daşqınlar səbəbindən 8,8 mindən çox insan təxliyə məntəqələrində qalıb.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Askar Şarip brifinqdə məlumat verib.

“Ümumilikdə, təxliyə məntəqələrindən 22 734 nəfər evlərinə qayıdıb. Təxliyyə mərkəzlərində 8 809 nəfər qalıb ki, onlardan 3 828 nəfəri uşaqdır. 4 536 yaşayış binasından və 2 767 həyətyanı sahədən su çəkilib”, - deyə o bildirib.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi qeyd edib ki, Qərbi Qazaxıstan və Atırau vilayətlərində Jaiyk (Ural) çayının məcrasında suyun səviyyəsi xüsusi nəzarətdə saxlanılır və burada ikinci daşqın dalğası baş verə bilər. Bu rayonlarda bəndlərin inşası və möhkəmləndirilməsi istiqamətində işlər aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin