Nazilə Səfərli: "Nədir axı Cavanşir Məmmədovun ölümünə sevinmək?" - FOTO

Hazırda oxunan: Nazilə Səfərli: "Nədir axı Cavanşir Məmmədovun ölümünə sevinmək?" - FOTO

188184

“Deyirəm gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşir müəllimin (mərhum Əməkfar artist Cavanşir Məmmədov - red.) ölüm xəbərinə açığı pis oldum. Biz çox da yaxın deyildik. Uzaqdan uzaga "salam, sagol". Yazılan şərhləri oxuyuram bədənim əsir. Niyə axı? Neyləmişdi sizə bu yazıq adam?".

Bizim.Media xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Nazilə ötən gün qəfil dünyasını dəyişən Əməkdar artist Cavanşir Məmmədovla bağlı sosial mediada yazılan neqativ dolu şərhlərə etirazını bildirib:

"Cavanşir müəllim ölən gününəcən işləyib. Heç kimə möhtac olmayıb. Ən güclü ansambl zamanında onun olub. Ən bahalı toylara dəvət alıb. İşçilərinə böyük hörmətlə yanaşıb. Haqq yeməyib. Heç kimi toydan burmazdı. İşçiləri xəstələnəndə belə gəlmədikləri gün maaş verib. Siyasi xadim deyil, pis vərdişi yox, heç kimin namusuna göz dikməyib. Sadəcə səsli düşünən kompleksiz insan olub. Başqa necə olmalı idi ki, bir rəhmət yazasınız? Onu sevməyə bilərdiniz, bunu sizdən istəyən də olmayıb. Nifrətin də əsası olmalıdı. Onun ölümünə sevinmək nədir? Lap tutaq ki, pis adam olub. Sizə nə? Kim bilir necə öləcək? Bəyəm hamıya torpaq qismət olur? Cavanşir müəllim Allah sizə rəhmət eləsin. Allah haqqsız yerə sizə pis şərhlər yazanların ömründən kəsib balalarınıza calasın".

Qeyd edək ki, C.Məmmədov 70 yaşında evində qəfil ürəktutmasından vəfat edib. Sənətkar anası Güllü Məmmədovanın yanında Yasamal qəbirstanlığında torpağa tapşırılıb.

 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin