Hüquqları pozulan pasiyentlərin müraciət edə biləcəyi qurumların siyahısına TƏBİB də əlavə olunub.
Bizim.Media-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə yer alıb.
Yeniliyə əsasən, hüququ pozulan pasiyentər artıq Səhiyyə Nazirliyinə müraciət etməyəcək.
O, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)- TƏBİB-ə və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə biləcək.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:42 / 23.04.2021
DİQQƏT! Səhiyyə Nazirliyinin bu səlahiyyəti TƏBİB-ə verildi
Hazırda oxunan: DİQQƏT! Səhiyyə Nazirliyinin bu səlahiyyəti TƏBİB-ə verildi
Hazırda oxunan: DİQQƏT! Səhiyyə Nazirliyinin bu səlahiyyəti TƏBİB-ə verildi
18815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.