Türkiyədə güclü fırtına Türkiyənin İstanbul da daxil olmaqla bir sıra şəhərlərində səhər saatlarından etibarən fırtına ilə müşahidə edilən leysan yağışları yağır.
Bizim.Media xəbər verir ki, təbiət hadisəsi bölgələrdə fəsadsız ötüşməyib.
Belə ki, fırtına Çankırı şəhərində məscidin minarəsini uçurub, Çanakkalada küçələri su basıb.
Həmçinin İstanbulda Ataköy-Olimpik Metro (M9) xəttinin Yenibosna stansiyası güclü yağışdan sonra su altında qalıb.
Bizim.Media