Böyük Britaniya parlamenti Çinin uyğurlara qarşı törətdiyi əməlləri soyqırım olaraq qəbul edib.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, Britaniya parlamenti çərşənbə günü hökuməti Çinin Sincan bölgəsində törətdiyi əməlləri soyqırımı olaraq qəbul etməyə və nazirləri rəsmi Pekini daha sərt tənqid etməyə çağırıb.
Lakin baş nazir Boris Conson Çinin əməllərini insan haqlarının kobud şəkildə pozulması hesab edərək soyqırımı adlandırmaqdan çəkinib.
Nazirlər soyqırımı elan edilməsinə dair hər hansı qərarın məhkəmələr tərəfindən qəbul olunmalı olduğunu bəyan ediblər.
İndiyə qədər hökumət bəzi çinli məmurlara qarşı sanksiyalar tətbiq edib və bir sıra məhsulların bölgədən idxalını məhdudlaşdılrsa da, deputatlar hökumətdən daha sərt qərarlar tələb edirlər.
Deputatlar Mühafizəkarlar partiyasından olan deputat Nüsrət Qaninin Sincandakı Uyğur türklərinin insanlıq cinayətlərinə və soyqırıma məruz qaldığınını bildirən və hökuməti beynəlxalq hüququ dəstəkləməyə çağıran qanun layihəsini dəstəkləyiblər.
Qeyd edək ki, bu qərar hökumət tərəfindən qəbul ounmadığı təqdirdə hüquqi əhəmiyyətə malik deyil.
Birləşmiş Krallıqdakı Çin səfirliyi parlamentin bu qərarını qınayaraq, İngiltərəni Çinin maraqlarına hörmət etmək üçün ciddi addımlar atmağa çağırıb.
“Bir neçə ingilis deputatın Sincanda soyqırımı törədildiyi haqqındakı haqsız ittihamları əsrin ən ağlasığmaz yalanıdır. Bu, Çin xalqına yönələn çirkin və alçaldıcı addım, həmçinin beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır”, - deyə səfirlikdən açıqlama gəlib.
Həmçinin, İngiltərənin Asiya üzrə naziri Naycel Adams Sincandakı insan haqlarının pozulmasını məhkəmələr tərəfindən soyqırımı adlandırılması layihəsini parlamentə təqdim edib.
Bəzi deputatlar Co Baydenin sələfi Donald Trampın Çinin Sincan əyalətində soyqırımı törətdiyinə dair qərarını təsdiqlədikdən və İngiltərə hökumətinin də bunu dəstəkləməsindən sonra Çinlə əlaqələrin pozulmasından qorxurlar.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:30 / 23.04.2021
Britaniya parlamenti Uyğur türklərinə qarşı soyqırımı tanıdı
Hazırda oxunan: Britaniya parlamenti Uyğur türklərinə qarşı soyqırımı tanıdı
Hazırda oxunan: Britaniya parlamenti Uyğur türklərinə qarşı soyqırımı tanıdı
18813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.