Aybəniz Haşımova Cavanşir Məmmədovun dəfn mərasimində: “Bir gün eşidəcəksiniz ki, mən də ölmüşəm”

Hazırda oxunan: Aybəniz Haşımova Cavanşir Məmmədovun dəfn mərasimində: “Bir gün eşidəcəksiniz ki, mən də ölmüşəm”

188121

"Cavanşir Məmmədovun ölümünə inanmaq çox çətindir. Həyat çox amansızdır və heç kimi bağışlamır. Çalışın yaşadığınız müddətdə heç kimin qəlbinə dəyməyin, incitməyin".

Bu sözləri Əməkdar artist Aybəniz Haşımova bu gün qəfil dünyasını dəyişən həmkarı Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimində Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi fikirlərini belə davam etdirib:

"Görürsünüz ki, Allah bir anda apara bilir. Bir gün eşidəcəksiniz ki, mən də ölmüşəm. Ona görə də bir-birinizi qoruyun. İnsan görürsünüz ki, beş dəqiqə sonra olmaya bilir. 

Mən balaca uşaq idim. Cavanşir Məmmədov "Xatirə" ansamblında qarmon ifaçısı idi. Azərbaycanın ən görkəmli sənətkarları ilə eyni səhnədə milləti, musiqi üçün çalışan insan olub. Bu günə qədər də belə idi. Çox alicənab insan idi. Allah məkanını cənnət eləsin"

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin