Kəlbəcərdə yandırılmış məscidin qalıqları üzərində AZAN verildi - VİDEO

Hazırda oxunan: Kəlbəcərdə yandırılmış məscidin qalıqları üzərində AZAN verildi - VİDEO

188079

Bura Kəlbəcər rayonunun Başlıbel kəndinin Məscidinin  qalıqlarıdır. Başlıbel kənd sakini seyid Səbuhi Ağayev kəndi ziyarətə gedib və məsciddə azan verib, cümə namazı qılıb.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, Ermənistan 1993-cü ilin aprelində Kəlbəcəri işğal edən zaman erməni silahlı birləşmələri Başlıbel Məscidini öncə qarət ediblər, sonra partladıb, yandırıblar.

17-ci əsrə aid tarixi dini abidə olan Başlıbel məscidi çar Rusiyası dövründə həm də kənddə məktəbi əvəz edən mədrəsə kimi fəaliyyət göstərib.
Sovet hakimiyyəti zamanı məscidin sökülməsinə bir neçə dəfə cəhd edilib, lakin kənd əhalisi ayağa qalxıb etiraz etdiyi üçün hökumət geriyə addım atıb.

Başlıbel seyidlər kəndi olub və kəndin məscidində qədim Quran kitabları, qədim tarixə malik qiymətli dini kitablar, əşyalar saxlanılırmış. Ermənistan silahlı qüvvələrinin vandallığı nəticəsində məscidlə yanaşı  oradakı qiymətli kitablar və əşyalar da məhv olub. 
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin